Ekoloqlar Almaniyanın Hərbi Dəniz Qüvvələrini dəniz donuzlarının kütləvi ölümündə günahlandırıblar. Bu barədə Almaniyanın Təbiət və biomüxtəlifliyin qorunması birliyindən bildiriblər.
“Yaşıllar”ın sözlərinə görə, donanma NATO-nun “Northern Coasts” hərbi təlimlərinə hazırlıq mərhələsində İkinci Dünya Müharibəsindən qalan dəniz minalarını partladıb.
Partlayışlar nəticəsində azı 18 dəniz donuzu, ümumilkdə isə 10-30 metr radiusunda bütün canlılar məhv edilib.