Qara dənizdə gəmi çevrildi: 14 min qoyun batdı – FOTO

263

Rumıniya sahilləri yaxınlığında göyərtəsində 14 min qoyun daşıyan “Queen Hind” gəmisi çevrilib.

BBC xəbər verir ki, insanları və heyvanları xilas etmək üçün xüsusi əməliyyat hazırlandı.

Suriya vətəndaşı olan gəmi heyətinin 22 üzvünü xilas etmək mümkun olsa da, qoyunlardan yalnız bir neçəsi sağ qalıb.  

Gəmi Rumıniyanın Konstansa şəhərindən Səudiyyə Ərəbistanının Ciddə рortuna yollanıb. Limandan bir nec yüz metr aralandıqdan sonra çevrilib və yükü suya düşüb.

Hadisənin səbəbləri araşdırılır.