Taylanda məxsus gəmi batdı

307

Keçən həftə  Son Duonq  limanı yaxınlığında  Taylanda məxsus  gəminin batması nəticəsində  Ha Tinhs  sahilindən  3 kilometr aralıda yerləşən ərazi neft sızmasına məruz qalıb. Hazırda yerli mütəxəssislər Mərkəzi Komitə, Natural Disaster Management departamenti və Vyetnam Milli Komitəsi ilə  sızmanın təmizlənməsi üçün  əməkdaşlığa başlayıb. Onlar baş verən fəlakətin  daha da pisləşməsinin qarşısını  almağa çalışırlar. 

“İki sahil” vnexpress.net saytına istinadən xəbər verir ki, yerli balıqçılara və əkinçilərə dəniz suyundan istifadə etməmək məsləhət edilib. Təmizləmə işlərinin  bu ayın 15-nə qədər  tamamlanacağı  gözlənilir.