Xəzərdə antiterror təlimləri keçiriləcək

295

Bu il Xəzərdə MDB ölkələri tərəfindən “Xəzər-Antiterror” adlı təlimlər keçiriləcək.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, MDB Antiterror Mərkəzinin açıqlamasına görə, təlimlərdə Xəzər regionunun təhlükəsizliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Açıqlamaya əsasən, MDB ölkələrinin antiterror qurumları rəhbərlərinin Moskva şəhərində keçirilən sayca 13-cü müşavirəsində üzv ölkələrinin xüsusi xidmət nümayəndələrinin işçi görüşü də keçirilib. Həmin görüşdə “Xəzər Antiterror 2020” müştərək təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Hazırda sözügedən təlimin ssenarisi və iştirakçıları müəyyənləşdirilir.