“Diamond Princess“də koronavirusa yoluxan britaniyalı öldü

352

Yaponiya sahillərində karantinə alınan “Diamond Princess” kruiz gəmisində karantində olan Böyük Britaniya vətəndaşı ölüb.

Bu barədə “Kyodonews” məlumat yayıb.

Məlumatda bildirilir ki, gəminin göyərtəsində olan kişi koronavirus səbəbindən vəfat edib.

Qeyd edək ki, bundan əvvəl kruiz gəmisində koronavirusa yoluxan beş nəfərin öldüyü bildirilib.