Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

356

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana elektrik avadanlıqların ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 43,16 faiz artaraq 13,371 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2019-cu ildə Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 19,49 faiz artıb və 171,073 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 0,5 faiz azalaraq 11,242 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,2 faizini təşkil edib.