ABŞ sahillərində neft tankerlərinin anomal toplaşması qeydə alınıb

313

Artıq bir neçə gündür onlarla neft tankeri Kaliforniya sahillərində dayanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Ötən həftədən bəri akvatoriyaya yeni-yeni gəmilər gəlir. Aprelin 23-nə olan məlumata görə, 27 tanker artıq Lonq Biç limanında lövbər salıb. Liman nəzarətçiləri və hərbçilər bu “unkal vəziyyət”ə nəzarət edir və digər gəmilərin, ətraf mühitin təhlükəsizliyini təmin edirlər.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, neft bazarının həddindən artıq dolması səbəbi ilə quruda saxlanc yerləri qalmayıb. Treyderlər də məcbur qalıb xammalı saxlamaq üçün tankerləri icarəyə götürürlər. Bənzər vəziyyət Malta və Cənubi Afrika sahillərində də müşahidə olunur.

Dünya neft anbarları koronavirus pandemiyası fonunda tələbatın kəskin azalması səbəbi ilə sürətlə dolur. Ötən həftə ABŞ Energetika Nazirliyi ehtiyatların həcminin 518,6 milyon barelə qədər artdığını açıqlayıb.