Dəniz məhsulları uzun illərdir ki, dünyada istehlak olunan əsas məhsula çevrilib. Bu məhsulları ixrac edən ölkələr üçün isə bu, iqtisadi rifahın vacib bir hissəsidir.
“APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və ÜTT-nin məlumatları əsasında balıq və dəniz məhsullarının əsas ixracatçı ölkələrinin reytinqi hazırlanıb. Reytinq 2019-cu ili əhatə edir.
Balıq və dəniz məhsullarının əsas ixracatçı ölkələri:
| # | Ölkə | İxracın dəyəri, mlrd. $ |
| 1 | Çin | 12,47 |
| 2 | Norveç | 11,67 |
| 3 | Hindistan | 6,14 |
| 4 | Çili | 5,78 |
| 5 | Vyetnam | 5,60 |
| 6 | Kanada | 5,17 |
| 7 | ABŞ | 4,87 |
| 8 | Rusiya | 4,66 |
| 9 | Niderland | 4,64 |
| 10 | İsveç | 4,38 |





