Kayak və kanoe üzrə dünya kubokunun ikinci mərhələsi Tokio olimpiadasına təsnifat xarakteri daşıyacaq

356

2021-ci ildə Barnaulda keçiriləcək kayak və kanoe üzrə dünya kubokunun ikinci mərhələsi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumrusiya Kayak və Kanoe İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Dünya kubokunun ikinci mərhələsi 2021-ci il mayın 24-dən 26-dək keçiriləcək. Yarışda 1000-ə qədər idmançının iştirakı planlaşdırılır ki, onlardan da 300-ü paralimpiyaçılardır.

Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınıb. Yarış 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır