Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma quraşdırılıb

1441

Bu gün bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma həyata keçirilib.

Bakı Limanından AZƏRTAC-a bildirilib ki, bu faciədə həyatını itirmiş şəxslərin ruhunun əziz xatirəsinə həsr olunan xüsusi işıqlandırma 25, 26 və 27 fevral tarixlərində həyata keçirilir.

Qeyd etmək istərdik ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır.