Rusiya Arktikada aerodrom tikəcək

351

Bauman adına Moskva Dövlət Texniki Universitetinin mütəxəssisləri Arktikada buzun strukturunun dəyişdirilməsi üçün texnologiya hazırlayıblar.

TASS xəbər verir ki, bu vasitədən uçuş-enmə zolaqlarının tikintisində istifadə edilə bilər.

Universitetin İqtisadiyyat və İnnovasiya üzrə prorektoru Evgeni Storojukun sözlərinə görə, hazırda Müdafiə Nazirliyi ilə birlikdə bu hazırlığın hərbi tətbiqi məsələsinə baxılır.

İL-76 ağır hərbi nəqliyyat təyyarəsinin bu cür aerodromlara enməsi ehtimalı müzakirə olunur.

Storojuk qeyd edib ki, xüsusi kimyəvi maddələrdən olan örtük təyyarələrin buzun üzərinə enməsinə imkan verəcək.

Müəlliflər bildirir ki, buz zolağının gücü və üzərində çatların olub-olmaması onun qalınlığında yerləşən sensorlar tərəfindən izləniləcək.