Dəniz quldurluğunun qısa tarixçəsi

355

Dəniz quldurlarının tarixi çox qədim zamanlara gedib çıxır. Quldurlar haqqında məlumata qədim yunan əfsanələrində və Skandinaviya saqalarında rast gəlmək olar. Bir çox xalqların folklorunda da quldurlar haqqında rəvayətlər mövcuddur. Dəniz quldurluğunun inkişafı dənizçiliyin inkişaf tarixi ilə sıx bağlıdır.
Qədim Yunanıstanda və Romada dəniz quldurluğu



Qeyd etmək lazımdır ki, dəniz quldurluğu uzun müddət qəhrəmanlıq və şücaət hesab edilib. Məsələn, Qədim Yunanıstanın əfsanəvi eposunda Odissey quldurluq yolu ilə əldə etdiyi qənimətlərlə öz həmyerliləri arasında öyünür.

Dünya xəritəsində tədricən quldur xalqlar yaranırdı. Lakin böyük Yunan və Roma sivilizasiyalarının inkişafı ilə dəniz quldurluğu qanundankənar əməl elan edilir. B.e.ə 228-ci ildə Roma, İlliriya dəniz quldurlarına, Skutari hökmdarı tərəfindən yaradılan quldur dövlətinə qarşı mübarizə aparır. Onun dəstələri sahil qırağında məskən salmış insanlara, Adriatik və Egey sularındakı dəniz ticarətinə ciddi ziyan vururdu.

Qay Yuli Sezar da dəniz quldurları tərəfindən girov götürülür. Onun qaytarılması üçün quldurlar 260 kiloqram gümüş tələb edirlər. Sezar tələb edilən gümüşün azlığını özünə təhqir kimi qəbul edərək quldurlardan onun üçün 13 min kiloqram gümüş tələb etməyi istəyir. Sezar azad edildikdən sonra həmin quldurları tamamilə qıraraq gümüşlərini də geri qaytarır.

Orta əsrlərdə dəniz quldurluğu



Erkən orta əsrlərdə dəniz quldurluğu Avropa qitəsinin şimal hissəsində aktiv inkişaf edir. Dəniz quldurları arasında ən məşhuru Skandinaviya quldurları idi. Böyük Karl onlarla qızğın mübarizəyə qatılır. IX əsrdə skandinavlar Fransa sahillərinin böyük hissəsini ələ keçirir və o vaxtdan bəri həmin ərazi Normandiya adlanır.

Bəzi xalqlar mübarizə aparmaq əvəzinə quldurları özlərinə tabe edərək onlardan hərbi qüvvə kimi istifadə edirlər. Rusiya çarı IV İvan Qroznı məşhur danimarkalı Karsten Rodu ticarət gəmilərinin qorunması üçün əməkdaşlığa cəlb etmişdi.

XVI əsrin ikinci yarısı – xarici ekspedisiyalar dövrü  quldurluğun çiçəkləndiyi dövr idi. Uest-İnd sahillərində dəniz quldurluğu artır və 1620-ci ildən etibarən hollandiyalı kaperlər (özəl şəxslərə tabe olan quldurlar) ispan və fransız donanmaları ilə döyüşə başlayırlar və hətta Puerto-Rikoda uğurlu əməliyyat keçirirlər.

Quldurluq dövrünün sonu



XIX əsrdən dəniz quldurluğu artıq sona çatmağa başlayır. Bədii ədəbiyyatda və təsviri incəsənətdə öz əksini tapan dəniz quldurluğu romantik bir təsəvvürə çevrilir. Son zamanlarda Somali quldurları haqqında tez-tez eşitmək olar, lakin onların motivləri keçmiş dəniz quldurlarının maraqlarından xeyli fərqlənir.

Mənbə:seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır