Əziz tələbələr!
Sizi Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olunmağınız münasibəti ilə təbrik edirik.
Nəzərinizə çatdırırıq ki, 2020/2021-ci tədris ili üzrə ADDA-ya qəbul olunan abituriyentlərin
sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq.
Bunun üçün abituriyentlər aşağıdakı linklərdən istifadə edərək qeydiyyatdan keçə bilərlər:
https://form.jotform.com/202672089791464 – Akademiyanın informasiya bazası
www.e-telebe.edu.az– Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya bazası
HƏR İKİ LİNKDƏN QEYDİYYATDAN KEÇMƏK VACİBDİR.
Akademiyanın informasiya bazasında onlayn qeydiyyat üçün tələb olunan ilkin sənədlər bunlardır:
Şəxsiyyət vəsiqəsinin surəti
Attestatın surəti
Abituriyentin elektron ərizəsi və Fin kodu
Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
3×4 şəkil
Qeyd:
Tələbə tanışlıq məqsədi ilə Akademiyaya gələndə qeyd olunan sənədlərin əslini gətirməlidir.
Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:
Pencək
Şalvar
Köynək
Palto
Yubka (qızlar üçün)
Yazılan ölçülərin dəqiqliyinə görə tələbə özü məsuliyyət daşıyır.