Təchizat gəmisi yemdaşıyan gəmiyə çevrilib

306

“Damen Shiprepair Amsterdam” (DSAm) şirkəti Norveçin “Eidsvaag” şirkəti üçün təchizat gəmisinin balıqlar üçün yemdaşıyan gəmiyə konversiyası layihəsini tamamlayıb.

“Seanews.az” xəbər verir ki, “Damen” şirkəti gəmini ortadan 2 yerə bölüb və yeni hissələr əlavə edərək uzunluğunu 5 metr uzadıb. Bundan əlavə, gəminin eni də artırılıb. Hazırda gəminin dözümlülüyü və yükqaldırma qabiliyyəti daha da çoxalıb.

Gəminin rekonstruksiyasına ümumilikdə 875 ton polad işlənib. Gəmiyə yeni qaldırıcı kranlar da quraşdırılıb və elektrik naqilləri yenilənib. Gəmi ilk sınaqdan uğurla çıxıb.

Rekonstruksiya işlərinin koronavirus pandemiyası dövründə aparılmasına baxmayaraq, işlər 346 gün ərzində yekunlaşıb.