Dünyanın ilk avtonom və tullantısız konteyner gəmisi istifadəyə verilib

276

Dünyanın ilk avtonom və tullantısız “Yara Birkeland” konteyner gəmisi sifarişçiyə – “Yara İnternational” gübrə istehsal edən şirkətə təhvil verilib.

“Seanews.az” xəbər verir ki, gəmi yaxın günlərdə sınaqdan keçiriləndən sonra Norveçin Horten limanına istismara göndəriləcək.

Tutumu 120 TEU olan gəminin uzunluğu 80, eni isə 15 metrdir. Konteyner gəmisi, gübrə məhsullarının Porsqrunn zavodundan Brevik və Larvik limanlarına daşınması üçün istifadə ediləcək.

Gəmi avtonom avadanlıqla “Kongsberg” şirkəti tərəfindən təchiz edilib.