Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-polkovnik ali hərbi rütbəsi verilib

314

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.