Bakı Limanının təşəbbüsü ilə Belçika Krallığında keçirilən təlim uğurla davam edir.

247

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverp Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsi çərçivəsində Belçika Krallığında olan Azərbaycan nümayəndə heyəti Belçikanın ən böyük limanlarından biri olan Zibruqe Limanında olub, prosesin təşkili, yükün qəbul edilməsi və yola salınması, terminalların iş prinsipi və s. məlumatları yerində alıb, limanın istifadə etdiyi müasir idarəetmə metodları ilə tanış olublar.

Daha sonra təlim iştirakçıları Zibruqe şəhər su polisi mərkəzində olub və burada istifadə edilən müasir dron və sualtı nəzarət sistemləri ilə əyani şəkildə tanış olub, tətbiqi üsulları ilə bağlı məlumat əldə ediblər.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində keçirilən 5 günlük təlimlərdə Azərbaycanın müxtəlif dövlət qurumları və özəl şirkətlərinin təhlükəsizlik məsələlərindən cavabdeh olan 12 rəhbər şəxsi iştirak edir.