SOCAR-ın investisiya qərarları yeni formatda qəbul ediləcək

275

Hazırda SOCAR tərəfindən investisiya layihələrinə baxılmır.

Trend -in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, hər şeydən əvvəl şirkətin bu cür qərarlar verməsi üçün çox da əlverişli vaxt deyil:

“Pandemiya enerji bazarına ciddi təsir göstərib. SOCAR itkilərsiz ötüşmədi, baxmayaraq ki, biz onları mümkün qədər minimuma endirdik. Bundan əlavə, şirkət birmərhələli idarəetmə formasından ikimərhələli bir idarəetməyə keçid planlaşdırır. Bu səbəbdən gələcəkdə bütün investisiya qərarlarını yeni bir formatda qəbul etməyi planlaşdırırıq”.