“Wartsila” tərəfdaşları ilə birlikdə ekoloji elektrik stansiyası olan qaz daşıyıcısının layihəsini hazırlayacaq

293

“Wartsila Technology Group” şirkəti “ABS” və Çinin gəmiqayırma şirkəti Hudong-Zhonghua Shipbuilding (HZS) ilə modul tipli LNG yanacağı daşıyan gəminin layihəsi üzərində əməkdaşlıq edəcək.

“Seanews.az” xəbər verir ki, gəmi Çinin gəmiqayırma zavodunda inşa ediləcək. 

Yeni üzən vasitənin güc sistemi ekoloji olmaqla yanaşı çoxyanacaqlı da olacaq. Hazırda sözügedən layihənin üzərində “Wartsila” şirkətinin mühəndisləri ilə birlikdə ABŞ, Sinqapur, Afina və Şanxay mütəxəssisləri də çalışır.

Mütəxəssislər inşa ediləcək gəminin texniki göstəricilərini  Beynəlxalq Dəniz Təşkilatının (İMO) 2050-ci ilə qədər müəyyən edilmiş tələblərinə uyğunlaşdırmaq niyyətindədirlər. Onlar yeni gəminin layihəsinin gələcəkdə qlobal xarakter almasına ümidlə yanaşırlar.