Xəzər dənizində zəlzələ qeydə alınıb

241

Oktyabrın 15-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 07:57-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.