“Volga-Flot 4”, “Volga-Flot 8”… Dünənədək neft məhsulları daşıyan bu gəmilər indi səfərlərə quru yüklərlə çıxır.
“Seanews.az”-ın məlumatına görə, “Volqa Gəmiçilik Şirkəti “ASC, 05074T layihəli üç tankerin çoxməqsədli quru yük gəmilərinə – teploxodlara çevrilməsini uğurla başa çatdırıb.
Bu seriyadan olan iki quru yük gəmisi -“Volga-Flot 4” və “Volga-Flot 8” ilk səfərlərinə çıxıblar. Modernləşdirilən gəmilər çınqıl yükü üçün hazırda Onega gölünə istiqamət götürüblər.
“Volqa-Flot 1” teploxodu da dəniz sınaqlarından uğurla keçib və istismara hazırdır.
Tankerlərdən teploxodlara çevrilən və dörd yük anbarı olan bu gəmilərlə taxıl, taxta, kükürd, çınqıl, metal və sair quru yüklər daşımaq mümkündür.
İkiqat dibə və ikiqat gövdəyə malik gəmilərin uzunluğu 138,3 metr, eni 16,7 metr, bortunun hündürlüyü 5,5 metr, dedveyti 5,5 min tondur.