Tunis sahillərində 480-dən çox qanunsuz miqrant xilas edilib

355

Tunisin cənub-şərqində yerləşən Kerkenna adalar qrupunun sahillərində 13-ü qadın və 93-ü uşaq olmaqla, 487 qanunsuz miqrant xilas edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Sfaks limanına gətirilən miqrantlardan 162-si Misir, 104-ü Banqladeş, 81-i Suriya, 78-i Mərakeş, 13-ü Efiopiya, 49-u isə digər Afrika ölkələrindəndir.

Xilas edilən bütün miqrantlar Tunis Milli Qvardiyasına təhvil verilib.

Tunis və Liviya Afrika qitəsindən Avropaya getmək istəyən qanunsuz miqrantların əsas marşrutlarıdır.

Hər il minlərlə miqrant daha yaxşı həyat ümidi ilə Avropaya səyahət etmək üçün Afrikadan Aralıq dənizinə gedir. Bu miqrantların bəziləri Avropaya çatır, bəziləri isə dənizdə ölür.