ASCO-da qanvermə aksiyası keçirilib

438

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) qanvermə aksiyası keçirilib.  

Aksiya  Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəstək məqsədilə baş tutub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda keçən aksiyada könüllü qan verən dənizçilər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq,  belə sosial layihələrdə yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə toplanan donor qanlar Mərkəzi Qan Bankına  təhvil verilib.

Könüllü qanvermə aksiyası ASCO-da artıq bir neçə ildir ki, həyata keçirilir.  Sözügedən sosial təşəbbüs  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.

asco.az