Balast Suların Təmizləyici Avadanlıqları İstehsalçıları Assosiasiyası (BEMA) Beynəlxalq Dəniz Təşkilatından qeyri-hökumət təşkilatı (QHT) statusu alıb.
“Seanews.az” xəbər verir ki, Təşkilat bu statusla Beynəlxalq Dəniz Təşkilatının sessiyalarında iştirak edəcək BEMA mövcud Balast Su İdarəetmə Sistemləri (BWMS) üzrə texniki məlumat və təcrübəni təqdim etməklə BDT-nin işinə töhfə verməyə çalışacaq.
Beynəlxalq Dəniz Təşkilatının Şurası BEMA-ya məsləhətçi üzv statusunun verilməsi barədə qərara 2021-ci ilin noyabrında gəlmişdi. Bu qərar IMO Assambleyasının 2021-ci il dekabrın 6-dan 15-dək keçirilən sessiyasında təsdiq edilib.
2017-ci ildə yaradılan Balast Suların Təmizləyici Avadanlıqları İstehsalçıları Assosiasiyası BWMS qurğularının istehsalçılarını, gəmi avadanlıqlarını, sınaq qurğularını təchiz edən şirkətləri birləşdirir.