Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb – FAKTİKİ HAVA

242

Yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, cənub-qərb küləyinin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Hazırda külək zəifləyib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıağac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.

Bu gecə havanın minimal temperaturu aran rayonlarında 4 dərəcəyədək şaxta, dağlıq rayonlarda 3-8 dərəcə şaxta, Naxçıvan MR-da 9-13 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 2-4 dərəcə isti olub.