“Mübariz Mənsimov başda olmaqla “Palmali Holdingin” idarə heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holdinqə” məxsus gəmilərin adları dəyişdiriləcək”.
Bu barədə Gununsesi.info-ya “Palmali Holding”in mətbuat katibi Fidan Quliyeva bildirib.
Onun sözlərinə görə, bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adını daşıyacaq:
“Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər”.
Qeyd edək ki, gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir.