SOCAR Türkiyədə ən iri konteyner terminalını alıb

476

Danimarkanın “A.P. Moller-Maersk” şirkətinə daxil olan “APM Terminals” Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.

Bu barədə Trend-ə “A.P. Moller-Maersk” şirkətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, “APM Terminals” həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil vermək qərarı qəbul edib:

“Terminalın satışı artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda “APM Terminals” terminalın istismarını davam etdirəcək”.

Qeyd edək ki, İzmirin Əliağa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.