Şimali Amerikanın qərbində boz balinaların sayı son iki ildə azalmağa davam edir.
“Report” xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının 2022-ci il oktyabrın 7-də açıqladığı təxmininə əsasən, populyasiyanın sayı 2015-2016-cı illərin zirvəsindən 38 % azalaraq 16 650 nəfər təşkil edir.
Bildirilib ki, balinalar həmçinin 1994-cü ildə elm adamlarının doğumları saymağa başlamasından bəri bu il ən az bala veriblər.
2019-cu ildə özünü qərb sahili çimərliklərinə atan balinaların sayının artması balıqçılıq agentliyini “qeyri-adi ölüm” həyəcanını elan etməyə vadar edib. Tədqiqatçılar hələ də ölümləri araşdırırlar, lakin ehtimal edirlər ki, amillər arasında iqlim dəyişikliyi, dəniz buzlarının əriməsinə təsiri və dəniz heyvanlarının qidalanma şəraiti var.
O zaman sahilə çıxan bir çox balinalar taqətsiz görünürdülər.
NOAA-nın məlumatına görə, sahilə atılan balinaların bəziləri gəmi ilə toqquşma və ya qatil balina ovu kimi digər səbəblərdən ölüb. Sahilə atılan balinaların sayı 2019-cu ildə zirvəyə çatıb və sonrakı illərdə azalıb ki, bu da populyasiyanın azalmasının çoxunun o zaman baş verdiyini göstərir.