Hörmətli izləyicilər!
Caspian Marine Services B.V. şirkəti Hüquq və müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə çərşənbə günü, 31 may 2023-cü il tarixinədək cv@caspmarine.com e-poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər:
Müqavilələrə düzəliş edilməsi və ya şərtlərinin artırılması ehtiyacını müəyyən etmək üçün müqavilənin icra edilməsini, habelə müqavilə ilə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək və ya nəzarətdə saxlamaq
Müqavilələrin icra edilməsi zamanı yaranan iddia və ya şikayətləri yoluna qoymaq
Qiymətlərin uyğunluğunu müəyyən etmək üçün qiymət təkliflərini, maliyyə hesabatlarını və digər məlumatları təhlil etmək
Podratçıların öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün koordinator kimi xidmət göstərmək
Konkret məsələlər ilə bağlı qanunları, normativ-hüquqi aktları, siyasətləri, standartları və ya prosedurları şərh etmək və tətbiq etmək
Yeni və ya təkrar gözdən keçirilmiş qanunları, normativ-hüquqi aktları, siyasətləri, standartları və ya prosedurları tətbiq etmək
Ən mürəkkəb Təklif Sorğularını (RFP), Məlumat Sorğularını (RFI) mürəkkəb tender təklifi sənədlərini hazırlamaq
Təchizat və müqavilələr ilə bağlı siyasətlər və prosedurlar üzrə şirkətin eksperti qismində çıxış etmək
Hüquq və Kommersiya məsələləri üzrə Menecer tərəfindən təsdiq olunmuş müqavilə/razılaşma şablonlarından ibarət elektron kitabxananı bütün əməkdaşların istifadəsi üçün aktual vəziyyətdə saxlamaq. Şablonların qüvvədə olan bütün beynəlxalq konvensiyalara, yerli qanunlara və normativ-hüquqi aktlara uyğunluğunu təmin etmək
Müqavilənin xidməti vəzifələrə, şirkətin siyasətinə, qanunlara və normativ-hüquqi aktlara uyğunluğunu təmin etmək
Hüquq və Kommersiya məsələləri üzrə Menecerin göstərişi ilə Şirkət adından müqavilələri razılaşdırmaq
Zərurət olduqda, bütün Müqavilə sənədlərinin nəzərdən keçirildiyinə və yeniləndiyinə zəmanət vermək
Rəhbərlik və işçilərə müqavilənin icrasının və podratçıların idarəedilməsi ilə bağlı əməliyyat dəstəyi göstərmək və məsləhət vermək
Xidmət müqavilələrini, gəminin müvəqqəti icarəyə götürülməsi haqqında müqavilələri və gəminin ekipajsız icarəyə götürülməsi müqavilələrini hazırlamaq
Müqavilənin icrası zamanı bütün riskləri azaltmaq üçün hərtərəfli təhlil aparmaq
Vəzifə üzrə əsas tələblər:
Azərbaycan Respublikası vətəndaşlığı
Hüquq üzrə universitet/ diplomu və hüquq sahəsi/müqavilələrin icrasına nəzarətlə əlaqədar ən azı 3 illik iş təcrübəsi
Azərbaycan qanunvericiliyi və beynəlxalq qanunları bilmək
Müqavilələrlə və digər hüquqi sənədlərlə işləmək qabiliyyəti
Hüquqi yoxlama, müqavilələrin icrasına nəzarət, müqavilələrin ilkin/qaralama versiyalarının hazırlanması bacarıqları
Bacarıqlı kompüter istifadəçisi: MS Office, Adobe PDF editor kimi proqramlar haqqında biliklər, Təchizat və/yaxud Müqavilələrin İdarəedilməsi üzrə proqram təminatları (onlayn proqramlar da daxil olmaqla) ilə işləmək təcrübəsi
Mükəmməl danışıqlar aparmaq bacarığı
İngilis, Azərbaycan və rus dillərini səlis bilmək (hər üç dildə yüksək səviyyəli yazı bacarıqlarının olması vacibdir)
Komandada işləmək bacarığı, aktiv, keyfiyyətə önəm verən, detallara diqqət göstərən, dəqiq, əməksevər və hər zaman ruh yüksəkliyi ilə çalışan işçi olmaq
Müqavilə şərtləri:
Əmək müqaviləsinin müddəti: 1 il və daha artıq uzadılma ilə
İş qrafiki: adətən 5 günlük (Bazar ertəsi – Cümə)
Əsas iş yeri: CMS BV ofisi (N. Əliyev küç., 38A, Bakı şəh.)
Caspian Marine Services B.V.
Exploring new horizons!
(+994 12) 464 15 31/32
38A, Natig Aliyev str., Baku, Azerbaijan
Source:https://www.facebook.com/CaspianMarineServices