Avropa bu qış ABŞ maye təbii qazının (LNG) əsas alıcısı olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, qitəyə satışın, təxminən, 5 dəfə artması nəticəsində reallaşıb.
Məlumata görə, Avropa bu qış mövsümündə Cənubi Koreya və Meksikadan daha çox ABŞ LNG-si alıb. Oktyabr-yanvar aylarında ABŞ-dan Avropaya LNG tədarükü 3,23 milyon tona çatıb. Ötən ilin analoji dövründə isə göstərici 0,7 milyon ton olub.
Beləliklə, ABŞ hazırda Avropa qitəsinə qaz tədarükü baxımından yalnız dünyanın ən böyük LNG istehsalçısı olan Qətərdən geri qalır.