Dünya ticarət donanmasında komandir heyətinin çatışmazlığı maksimum həddə çatıb

547

Dünya ticarət donanmasında komandir heyətinin çatışmazlığı son 17 ildə ən yüksək həddə çatıb.

Bu barədə “Drewry” konsaltinq agentliyi məlumat verir. Belə ki, bir il əvvəl çatışmazlıq 5% olduğu halda, hazırda 9% qiymətləndirilir.

2023-2028-ci illərdə komandir heyətinin çatışmazlığı eyni səviyyədə qalacaq. Məlumatlar gəmilərin sayı və neçə heyətin lazım olacağına dair ehtimallar nəzərə alınmaqla proqnozlaşdırılır.

Agentlik kadr çatışmazlığının əsas səbəbi kimi pandemiya və dünyadakı geosiyasi vəziyyəti göstərir. Bu problem dünya donanmasının böyüməsi ilə daha da ağırlaşacaq.

“Drewry”-nin qeyd etdiyinə görə, işəgötürənlər boşluğu doldurmaq üçün alternativ mənbələr axtarırlar, maaşların artdığı hiss olunur.

Bununla belə, başqa səbəblər də var: ailə ilə sabit əlaqə, gəmidə rahat şərait və komandada əlverişli atmosfer ciddi əhəmiyyət kəsb edir.

Seanews.az”