2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarının yük dövriyyəsi 215,5 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azdır.
Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.
May ayında Türkiyə limanlarında 46,1 milyon ton yük aşırılıb. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,2% azdır.
2023-cü ilin may ayında Kocaeli (7,59 milyon ton), Əliağa (6,94 milyon ton), İskəndərun (5,52 milyon ton), Tekirdağ (4,5 milyon ton), Mersin (4,19 milyon ton) limanlarında daha çox yük aşırılıb.
Türkiyənin 10 ən böyük limanı ümumilikdə 38,9 milyon ton yük aşırılıb ki, bu da aşırılan ümumi həcmin 84,4%-ni təşkil edir.
May ayında Türkiyənin ixracatının əsas istiqamətləri İtaliya (1,18 milyon ton), ABŞ (972 min ton), İsrail (809 min ton), İspaniya (769 min ton), Misir (762 min ton), əsas idxalçılar isə Rusiya (9,07 milyon ton), ABŞ (1,6 milyon ton), Yunanıstan (1,08 milyon ton), Misir (1,05 milyon ton) və Çin (984 min ton) olub.
seanews.az





