İranın Yol və Şəhərsalma və Müdafiə Nazirlikləri arasında axtarış və xilasetmə, nəzarət və yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalı haqda müqavilə imzalanıb.
Trend-in məlumatına görə, müqaviləni İranın yol və şəhərsalma naziri Məhəmməd İslami və İranın müdafiə naziri general-mayor Əmir Hatəmi imzalayıb.
Müqaviləyə əsasən ilk mərhələdə 2 ədəd axtarış və xilasetmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün düzəldiləcək.
Bu dörd gəminin dəyəri 9,5 milyon avrodur. Ümumilikdə bütün gəmilər 3 il ərzində düzəldiləcək və xərci 140 milyon avrodan çoxdur.