Türkiyə “Taxıl dəhlizi”nin ədalətli şərtlərlə yenidən açılması üçün işlərə başlayıb

323

Türkiyə bütün tərəflərin gözləntilərini nəzərə alaraq, “Taxıl müqaviləsi”nin bərpası üçün daha çox səy göstərmək niyyətindədir.

Bu barədə Ankaradakı mənbə məlumat verib.

“Yaxın gələcəkdə Türkiyə “Taxıl dəhlizi”nin ədalətli şərtlərlə yenidən açılması üçün daha çox səy göstərəcək ki, bu da bütün tərəflərin, o cümlədən Rusiyanın gözləntilərinə cavab verəcək. Bunun üçün Ankara BMT və Qərb ölkələri ilə əlaqələri davam etdirir”, – deyə mənbə bildirib.

Mənbə: TASS