Yeni ilə qədər Anakliya dərin dəniz limanının investor şirkəti məlum olacaq

286

Anakliya qəsəbəsində Gürcüstanın ilk dərin su limanının tikintisi 2024-cü ilin mart-aprel aylarında başlayacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

“İnvestor seçimi fəal şəkildə aparılır, bu yaxınlarda başa çatacaq. Biz qalib investoru dekabr-yanvar aylarından gec olmayaraq elan edəcəyik. Və 2024-cü ilin mart-aprel aylarında Anakliya limanının tikintisinə birgə başlayacağıq, planımız təxminən belədir “, – Qaribaşvili bildirib.

Məlum olduğu kimi, iki şirkət – İsveçrə-Lüksemburq şirkəti və Çin-Sinqapur konsorsiumu müsabiqədə qalib olmaq üçün mübarizə aparır.

“Anakliya limanının tikintisinə 70 milyon lari (25,9 milyon dollar) ayrılacaq. 2024-cü ildə 50 milyon (18,5 milyon dollar) sərmayə yatırılacaq, biz artıq bu il 20 milyon ayırmışıq. Yəni, bizim payımıza düşən vəsait ayrılacaq. Bu plana uyğun tikinti yazda başlayacaq”, – Gürcüstanın Baş naziri qeyd edib.