“Jidi” dünyanın istənilən naviqasiya zonasında məhdudiyyətsiz tədqiqat apara biləcək – Video

329

Çinin buz sinifinə aid elmi-tədqiqat gəmisi “Jidi” 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaq.

Bu barədə Çinin beynəlxalq xəbər kanalı “CGTN” məlumat yayıb.

Gəminin uzunluğu 89 metr, eni 17,8 metr, yerdəyişmə qabiliyyəti 5600 ton, heyəti 60 nəfərdir. “Jidi” dünyanın istənilən naviqasiya zonasında məhdudiyyətsiz tədqiqat apara biləcək. 80 gün avtonom üzə bilən gəmi sınaqlardan sonra – təxminən 2024-cü ilin ikinci yarısında tədqiqat missiyasını yerinə yetirməyə başlayacaq,

Bu unikal gəmi eyni vaxtda dronları, pilotsuz gəmiləri və sualtı avtonom robotları daşıya bilər. “Jidi” hava, su hövzələri, dəniz buzları və s. mövzularda çoxşaxəli elmi tədqiqatlar aparacaq.

Qeyd edilir ki, Çin 1984-cü ildən Antarktidada 39 elmi tədqiqat, 1999-cu ildən isə 12 Arktika ekspedisiyası həyata keçirməklə zəngin elmi təcrübə toplayıb.

Seanews.az