Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının genişləndirilmiş iclası keçirildi

204

Fevralın 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının genişləndirilmiş iclası keçirildi. Elmi Şuranın iclasına Akademiyanın  şöbə müdirləri, professor və müəllim heyyəti, tələbə və magistrantlar dəvət olunmuşdur.

     Elmi Şuranın iclasını giriş sözü ilə açan Akademiyanın rektoru Heydər Əsədov gündəlikdə duran məsələləri elan etdi. Daha sonra 7 Fevral Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Akademiyanın professor, müəllim və tələbələrini bu seçkilərdə aktiv iştirak etməyə çağırdı. Ölkə ərazisinin  bütövlüyünün bərpa olunmasında, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri srasında yer almasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi rolunu vurğuladı.

     Gündəlikdə olan məsələlərin müzakirəsi zamanı rektor Heydər Əsədov “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin fəaliyyətinin mövcud vəziyyəti və görüləcək işlər haqqında danışarkən son illər ərzində Akademiyada baş verən müsbət dəyşiklikləri qeyd etdi. Eyni zamanda mövcud problemləri də Akademiyanın müvafiq strukturlarının diqqətinə çatdırdı. Bu problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verdi.

  Səsvermə nəticəsində Almaz İmanova Akademiya Elmi Şurasının katibi seçildi.

Təlim Tədris Mərkəzinin 2023-cü ildə fəaliyyəti haqqında mərkəzin direktoru Emil Manafovun hesabatı dinlənildi və qəbul edildi.

addda.edu.az