ASCO: Bakı Gəmiqayırma Zavoduna 11 gəminin tikintisi sifariş verilib – EKSKLÜZİV

101

Əvvəlki illərdə sifariş olunan keçid layihələr də nəzərə alınmaqla, hazırda Bakı Gəmiqayırma Zavodunda (BGZ) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişinə əsasən ümumi müqavilə dəyəri 260,2 milyon ABŞ dolları olan 11 gəminin tikintisi həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

“Bu gəmilər üzrə tikinti müddəti dövründə növbəti 2-3 il ərzində ASCO-nun daxili vəsaiti və borclanma hesabına ödəniləcək məbləğ 203,7 milyon ABŞ dolları təşkil edir”, – məlumatda deyilr.

Qeyd olunub ki, ASCO Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz layihələrinə xidmət edəcək gəminin tikintisi üçün cari ildə Bakı Gəmiqayırma Zavodu ilə ümumi dəyəri 106,5 milyon ABŞ dolları olan müqavilə imzalayıb: “Həmçinin cari ildə BGZ-də 60,8 milyon ABŞ dolları həcmində ədəd tankerin tikintisi üçün müqavilə imzalanıb”.

Açıqlamaya əsasən, 2023-cü və 2024-cü illər ASCO-nun tarixində ən geniş investisiya planının icrası dövrü olub: “Belə ki, sözügedən dövrdə ASCO strateji partnyoru olan SOCAR ilə birlikdə hər birinin yükgötürmə imkanı 115 min ton olan ədəd “Aframax” tipli tanker alaraq istismara qəbul edib. Bununla da, tarixində ilk dəfə bu cür iritutumlu tankerlər seqmentinə daxil olub. Bundan əlavə, ASCO investisiya qoyuluşu istiqamətində daha bir ilkə imza ataraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edərək, ədəd təxminən 38 min ton yükgötürmə imkanlı “Handysize” tipli quru yük gəmisi alaraq istismara verib. Bu məqsədlər üçün ASCO yerli bazarda 150 milyon ABŞ dolları həcmində istiqraz buraxıb və EBRD-dən 21 milyon ABŞ dolları həcmində kredit cəlb edib.

Hazırda ASCO ümumi investisiya dəyəri 110 milyon ABŞ dolları olan daha ədəd “Aframax” tipli tankerin və ədəd “Handysize” tipli quru yük gəmisinin alışı üzərində işləyir”.