Rusiyada iki ay əvvəl dənizdə itkin düşən səyyahlar tapılıblar

13

Rusiyada qayıqla Xabarovsk diyarından Saxalin sahillərinə səyahətə çıxan, lakin bir müddət sonra itkin düşən üç nəfərin taleyinə aydınlıq gəlib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə qayıq Oxot dənizində üzən “Angel” (Mələk) gəmisinin heyəti tərəfindən təsadüf nəticəsində aşkar edilib.

Qeyd olunur ki, qayıqda olan üç nəfərdən ikisi həyatını itirib, bir nəfər isə taqətdən düşmüş halda olub. Onlar iki aya yaxın müddət ərzində açıq sularda ac və susuz qalıblar.

https://t.me/aznovost/102165?embed=1