Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

102

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə “Report”a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.