Noyabrın 1-də “ADDA” PHŞ-də iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində “Gəmi energetik qurğuları” təşkilatçılığı və “Gəmiqayırma və gəmi təmiri” kafedrasının iştirakı ilə birgə dəyirmi masa keçirilib.
Tədbirdə kafedraların professor-müəllim və tələbə heyəti iştirak edib. Giriş sözü ilə çıxış edən “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı, dos. R.Əsgərov bu tədbirin mahiyyəti haqqında qısa məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Gəmi energetik qurğuları” kafedrasının dosenti M.Rzayev “Gəmi dizel mühərriklərinin xaric qazlarının zəhərliliyinin azaldılması yolları” mövzusunda məruzə ilə çıxış edib. Kafedranın baş müəllimi M.Rəhmanov “Gəmi alternativ yanacaqları” mövzusunda məlumat verib.
Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
adda.edu.az