Misirdə üç yeni gəmiqayırma zavodu tikiləcək

31

Misirdə üç yeni gəmiqayırma zavodunun tikintisi planlaşdırılır.

“Seanews.az” bu barədə Misir Sənaye Federasiyasının bəyanatına istinadən məlumat verir.

Süveyş və Qırmızı dəniz qubernatorluqlarında tikintinin maliyyələşdirilməsi dövlət-özəl tərəfdaşlıq formatında həyata keçiriləcək.

200-500 min kvadratmetr sahədə yerləşəcək hər gəmiqayırma zavodunun inşasına 30-50 milyon dollar vəsait xərclənəcək.

Tikinti işlərinin 2027-ci ilin birinci yarısından gec olmayaraq başa çatdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, artıq Fars körfəzi şirkətləri tərəfindən bu layihələrdə iştirakla bağlı danışıqlar aparılır.