ASCO-nun “Suraxanı” gəmi-muzeyində ziyarətçilər üçün təqdim olunan audio-bələdçi sistemi yeni eksponatlarla zənginləşdirilib. Sistemdə yer alan məlumat nöqtələrinin sayı 250-yə çatdırılıb.
Bundan əlavə, artıq muzeyə gələn ziyarətçilər audio-bələdçilər vasitəsilə hər bir eksponat haqqında dörd dildə ətraflı məlumat əldə edə biləcəklər. Belə ki, sistemə əvvəllər mövcud olan Azərbaycan, ingilis və rus dilləri ilə yanaşı, ərəb dilində də məlumatlar əlavə olunub.
COP29 tədbirinin ölkəmizdə keçirildiyi günlərdə tətbiq olunan bu yeniliklər dünyanın ilk tanker muzeyinin daha geniş auditoriyaya xitab etməsi imkanlarını artırmaqla yanaşı, ümumilikdə xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
https://www.facebook.com/surakhanishipmuseum