Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib

188

12 dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.

Ziyarətçilər Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.