“ADDA” PHŞ müsabiqə elan edir”

8

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cəmiyyəti 

“AZƏRBAYCAN  DÖVLƏT  DƏNİZ  AKADEMİYASI” Publik Hüquqi Şəxsi

müqavilə müddəti başa çatan vəzifənin  tutulması üçün müsabiqə

 ELAN   EDİR:

“İngilis dili” kafedrası:

kafedra müdiri – 1 yer, kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji  təcrübə tələb olunur.

Sənədlər mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan:  Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)

Tələb olunan sənədlər

  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  • Elmi və elmi-metodiki işlərin siyahısı;
  • Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Sənədlər 13 yanvar 2025-ci il tarixinədək qəbul edilir.

REKTORLUQ

adda.edu.az