Dənizçilərin nəzərinə!

243

Əziz dənizçilər, Dövlət Dəniz və Liman Agentliyinin yeni paylaşdığı “Xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrə yekun imtahanlar Dövlət Dəniz və Liman Agentliyində keçiriləcəyi” ilə bağlı sizlərin narahatçılığına səbəb olan və bəzi qaranlıq qalan məsələləri aydınlaşdırmaq üçün DDLA ilə əlaqə saxlanıldı.

1. Xüsusi hazırlıq şəhadətnamələrinin və sıravi heyyətin imtahan suallarını Agentliyin rəsmi saytından əldə edə biləcəyik.

Xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi aşağıdakı qaydada həyata keçiriləcək:

2. Xususi hazırlıq şəhadətnaməsini (sertifikat) ilk dəfə alan dinləyici agentliyin lisenziya verdiyi təlim-tədris mərkəzində kurs keçib, agentlikdə imtahan verəcək.

3. Xüsusi hazırlıq şəhadətnaməsini yeniləyən dinləyici isə təlim keçmədən bir başa agentlikdə imtahan verib sertifikatını əldə edə biləcək.

Mənbə:https://www.facebook.com/groups/1173942082969165/user/100007726066181/