20 fevral 2025-ci il saat 15:00-da (II bina 410-cu aud.) “Texniki mexanika” kafedrasının genişləndirilmiş iclasında iddiaçı Elvin Nazim oğlu İbrahimlinin 3319.01 – “Gəmiçilik texnikası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Оптимизация эффективности в морских судовых теплообменных аппаратах” (“Gəmi istilik mübadilə aparatlarının səmərəliliyinin optimallaşdırılması”) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ADDA PHŞ-nın “Tətbiqi mexanika” kafedrasında yerinə yetirilmişdir. Elmi rəhbər t.e.d., professor V.H.Həsənovdur.
Kafedra əməkdaşlarının iştirakı vacibdir. Bütün maraqlananlar iştirak edə bilər.
Kafedra
adda.edu.az





