Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının IV tədris ilinin tələbələri Bakı Gəmiqayırma Zavodunda (BGZ) təcrübədədirlər.
Builki təcrübə fevralın 17-dən mayın 23-dək nəzərdə tutulub.
Təcrübə ixtisasın təhsil proqramının tələbləri nəzərə alınmaqla, ADDA və BGZ əməkdaşlarının birgə hazırladığı, hər iki müəssisənin rəhbərləri tərəfindən təsdiqlənmiş “Təcrübə zamanı təlim-tədrisin təşkili metodikası”na uyğun aparılır.








