Britaniya sahillərində tanker və yük gəmisi toqquşub, 32 nəfər xəsarət alıb – YENİLƏNİB

9

Böyük Britaniya sahillərində tanker və yük gəmisinin toqquşması nəticəsində 32 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

17:55

Şimal dənizinin Britaniya sahillərində neft tankeri və yük gəmisi toqquşub.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı Britaniya Sahil Mühafizəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Hazırda Sahil Mühafizəsi Şərqi Yorkşir sahillərində tankerlə yük gəmisinin toqquşması barədə xəbərlərə təcili cavab tədbirlərini koordinasiya edir”, – o bildirib.

Hadisə sahildən təxminən 16 kilometr aralıda baş verib.

Əraziyə Sahil Mühafizəsinin helikopteri və təyyarə, eləcə də yanğını söndürmək üçün təchiz olunmuş gəmilər cəlb edilib.