Bu gün, aprelin 17-si, Xəzər Dəniz Gəmiçiliyinin qocaman işçisi Raguf İslam oğlu Məmmədov vəfat etdi.
Allah rəhmət eləsin.
Raguf Məmmədov 1937-ci ildə Qazax mağalının Kəmərli kəndində anadan olub.
1956-cı ildə Bakı Dəniz Yollar Məktəbinin gəmi mexaniki şöbəsinə gəbul olunub və 1959-cı ildən etibarən Хəzər Dəniz Gəmiçiliyin tanker, quruyük və sərnişin gemilərində, Xəzərdə, Gara və Aralıq dənizlərdə baş mexanik vəzifəsində çalışıb.
Raguf Məmmədov 2016-ildə təqaüdə çixib və Xəzər Dəniz Gəmiçiliyində ümumi iş stajı 57 ildir.
1-ci dərəcəli mexanik-universal,
“Tərəqqi” medalı, 2015
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi” medalı
“Əmək Veteranı”, 1988
“Xəzər Veteranı”, 1991
XDG ən Qabaqçıl Mexaniki Fəxri Adı, 1978, 1982, 1983
“25 il Qəzasız Fəaliyət” döş nişanı.
